Dünən BMT Baş Assambleyasının virtual iclası keçirilib. İclası BMT-nin Baş Katibi Antoniu Quterreş açıb və təşkilatın 75-ci ildönümünü qeyd edib.
Bu barədə Eurasia Diary "Deutsche Welle"yə istinadən xəbər verir.
“Biz yeni Soyuq Müharibənin başlamasının qarşısını almaq üçün hər şey etməliyik”, deyə Quterreş söyləyib.
“Biz çox təhlükəli istiqamətə yönəlirik. Bizim dünyamız öz iqtisadi, ticari və internet imkanları ilə dünyanı iki yerə bölməsini qəbul edə bilməz”.
ABŞ Prezidenti Donald Tramp və Çin lideri Tsi Cinpinq də müzakirələrdə çıxış edib.
Tramp qlobal pandemiyaya və ətraf mühit məsələləri ilə bağlı Çinə qarşı çıxışlar edib.
Tsi Cinpinq Çinin Soyuq Müharibəyə başlamaq niyyətində olmadığını bildirib.