Dünən Pakistan Baş naziri İmran Xan BMT-ni qlobal sülhü təhdid altına salan uzun-müddətdir həllini tapmayan Kəşmir və Fələstin münaqişələrinin həlli üçün hərəkət etməyə çağırıb.
Eurasia Diary Yeni Şafak-a istinadən xəbər verir ki, İmran Xan BMT Baş Assambleyasının 75-ci sammitində İsrailin Fələstini ilhaq etməsi, Kəşmir problemi, Əfqanıstan sülh danışıqları və İslamafobiyanın artması kimi məsələlərə toxunub.
"Beynəlxalq müqavilələr pozulmuş və kənara atılmışdır. Münaqişələr çoxalır və şiddətlənir", deyə Pakistan baş naziri söyləyib.