Rusiyalı müxalif bloqqer Aleksey Navalnı Alman jurnalına müsahibəsində onun zəhərlənməsinin arxasında Putinin dayandığını deyib.
Bu barədə Eurasia Diary Aljazeera-ya istinadən xəbər verir.
Rusiyalı müxalif aktivist təyyarədə zəhərləndikdən sonra avqust ayında Rusiyadan Berlinə göndərilib. Onun Noviçok adlı sinir-iflicedici maddədən zəhərləndiyi deyilir.
“Mən Putinin bu cinayətin arxasında olduğunu iddia edirəm və mənim baş verənlər barədə başqa versiyam yoxdur”.
Qərb ölkələri Rusiyadan açıqlama tələb etsələr də, Rusiya bu işdə əli olmadığını bəyan edib.
“Sən heç nə hiss etmirsən, amma bilirsən ki, ölürsən”, Navalnı zəhərin təsirindən danışıb.
O, heç bir qorxusunun olmadığını və Rusiyaya geri dönəcəyini deyib.