Pakistanda "Dostluq-2020" Rusiya-Pakistan birgə hərbi təlimləri başlayıb.
Bu barədə Eurasia Diary Rusiyadakı Cənubi Hərbi Dairənin mətbuat xidmətinə istinadən məlumat verir.
Beynəlxalq hərbi əməkdaşlıq planına uyğun olaraq həyata keçirilən "Dostluq-2020" təlimləri Tarbela xüsusi əməliyyat qüvvələrinin ərazisində, habelə 5 - 21 noyabr tarixlərində Pabbidəki Milli Terrorla Mübarizə Mərkəzinin bazasında keçiriləcək. Təlimlərin məqsədi Rusiya Federasiyası ilə Pakistanın silahlı qüvvələri arasında hərbi əməkdaşlığı gücləndirmək və inkişaf etdirməkdir", deyə mətbuat xidmətindən bildirilib.
Təlimlərə Rusiya və Pakistanın 150-dən çox hərbçisi, o cümlədən Stavropol Bölgəsində yerləşən Cənubi Hərbi Dairənin 49-cu birləşmiş silahlı ordusunun xüsusi təyinatlı dəstələri də cəlb olunub.