İzmirdə 30 oktyabrda baş verən zəlzələ nəticəsində həlak olanların sayı 115-ə çatıb.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi(AFAD) məlumat yayıb.
Zəlzələdə yaralılardan 1034 nəfərdən 1011 nəfəri evə buraxılıb və 23 nəfər isə müalicəsini davam etdirir.