İranın Ermənistandakı səfirliyi, Qarabağdakı döyüş əməliyyatları zamanı İran İslam Respublikası ərazisinə keçən erməni hərbçilər haqqında daha öncəki məlumatlara əsaslanaraq müvafiq addımlar atacaq.
Eurasia Diary-nin verdiyi məlumata görə, bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.
Bundan əvvəl internetdə müəyyən sayda erməni hərbçinin İran ərazisində olduğu barədə məlumatlar yayılmışdı.
Daha sonra Ermənistan Müdafiə Nazirliyi bu məlumatları yoxlamaq üçün İran tərəfi ilə fəal iş apardıqlarını bildirdi.