Rusiyalı deputat: - “Fransa senatının Qarabağın müstəqilliyini tanıması ikiüzlülük və siyasi oyundur” | Eurasia Diary - ednews.net

19 Yanvar, Çərşənbə axşamı


Rusiyalı deputat: - “Fransa senatının Qarabağın müstəqilliyini tanıması ikiüzlülük və siyasi oyundur”

Dünya A- A A+

"Əgər Fransa hakimiyyətinə insanların öz müqəddəratını təyin etməsi elə vacibdirsə, demokratik dəyərlərə və digər xalqların səylərinə hörmətlə yanaşma mövqeyi düşünülmüş siyasi oyun deyil, həqiqətən səmimidirsə, onda Dağlıq Qarabağın müstəqilliyinin ardınca Krımın Rusiya ərazisi olması haqqında qərar qəbul edilməlidir”. "Eurasia Diary"nin APA-ya istinadən məlumatına görə, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet RİA Novosti agentliyinə açıqlamasında bildirib.

Krım regionundan olan deputat Dağlıq Qarabağın müstəqilliyinin tanınmasından sonra Fransa senatının Krımın Rusiya ərazisi olduğunu tanımasının məntiqi addım olacağını söyləyib: “Bu gecikmiş, amma məntiqi addım olar. Əks halda, fransalı senatorların qərarı ikiüzlülükdən başqa bir şey deyil”.

Rusiyalı deputatın sözlərinə görə, Fransa senatının Qarabağla bağlı qərarı Türkiyəyə münasibətdə geosiyasi tapşırıqları həll etmək üçün düşünülmüş “siyasi oyun”dur: “Krıma münasibətdə Fransa tamamilə başqa siyasi oyun aparır. Mən inanmıram ki, fransalı senatorları Dağlıq Qarabağdakı insanların taleyi narahat edir. İnanmıram ki, onlar Krımı tanıya bilərlər. Əgər Fransa tərəfi həqiqətən insanların qayğısına qalsaydı, hərbi münaqişəni çoxdan dayandırmağa, Qarabağda insan itkilərinə imkan verməməyə cəhd edərdilər, necə ki, bunu Rusiya öz sülhməramlılarını yerləşdirərək etdi”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...