Moldovanın yeni seçilmiş prezidenti Maya Sandunun andiçmə mərasiminin tarixi açıqlanıb.
Eurasia Diary-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə M. Sandu keçirdiyi mətbuat konfransında jurnalistlərə deyib.
O bildirib ki, inaqurasiya mərasimi dekabrın 24-də Respublika Sarayında baş tutacaq.
Yeni seçilmiş prezident qeyd edib ki, pandemiya ilə əlaqədar andiçmə mərasimi geniş keçirilməyəcək və məhdud sayda qonaqlar bu mərasimə qatılacaq.
Xatırladaq ki, Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 15-də keçirilib və M. Sandu səslərin 57.75 faizini qazanaraq qalib gəlib. Hazırkı prezident İqor Dodon seçkidə səslərin 42.25 faizini toplayıb.