Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib | Eurasia Diary - ednews.net

16 Yanvar, Şənbə


Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib

Dünya A- A A+

"Dnestryanıdakı silah-sursat anbarları üzərində Rusiya hərbçilərinin nəzarətinə son qoyulması ciddi insidentlərə səbəb ola bilər".

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT ölkələri XİN başçıları Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib. 

O, Rusiya sülhməramlılarının Moldova və Ukraynadakı olduğu kimi ATƏT-in təsdiqlədiyi 5+2 qrupunun qərarına müvafiq olaraq münaqişə zonasında olduğunu xatırladıb: “Onlar hər şeydən öncə bu regionda sabitliyin dəstəklənməsi vəzifəsini yerinə yetirirlər, hansı ki, bu, orada qanlı münaqişənin hansısa yeni partlayışı olmaması üçün prinsipial dərəcədə vacibdir”. 

Lavrov Kolbasnadakı silah-sursat anbarlarını mühafizə edən ikinci Rusiya hərbçiləri qrupunun, birləşmiş qoşunlar qrupunun olduğunu da xatırladıb: “Bu anbarlar elə vəziyyətdədir ki, onların üzərində nəzarətin dayandırılması çox ciddi insidentlərə səbəb ola bilər”.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...