ATƏT sədri: “Bu gün biz prinsiplərimizdən uzaqlaşdığımız üçün böhran içərisindəyik”

Dünya 15:32 03.12.2020

“Biz təşkilata sədrliyi ötən ilin yanvar ayında üzərimizə götürərkən hər kəs ATƏT-in problemlərlə mübarizə içərisində olduğunu deyirdi”.

Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və xarici işlər naziri Edi Rama ATƏT-in Nazirlər Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, təşkilata üzv ölkələr və bu ölkələrin xalqları Avropada təhlükəsizliyi qorumaq və hərtərəfli şəkildə təmin etmək üçün səylər göstərməlidirlər: “Biz Parisdə, İstanbulda, Astanada (indiki Nur-Sultan) görüşlərimizdə bu istiqamətdə öhdəliklər götürdük. Birgə fəaliyyət göstərəcəyimiz, təhlükəsizliyi təmin edəcəyimiz, sülh və rifah barədə razılaşmalar əldə etmişik. Lakin bu gün biz daha da pisləşən böhranın içərisindəyik, çünki biz prinsiplərimizdən uzaqlaşırıq, artıq prinsiplərimizə hörmət edilmir və bizim öhdəliklərimiz həyata keçirilmir. Bizim baxışlarımızdakı fərqlər daha da böyüyür və dərinləşir. Çünki çoxtərəfliliyə yox, birtərəflilik siyasətinə üstünlük verilir. Dialoq əvəzinə qarşıdurma seçilir. Əməkdaşlıq əvəzinə bölücülük və dağıdıcı yanaşmaya üstünlük verilir. Bütün bunlar bizim hamımızı dərin problemlərə sürükləyir. 

Əgər bu gün biz birgə olmayacağıq, həmrəylik göstərməyəcəyiksə, bizim təsirimiz azalacaq. Xüsusilə də, mən son zamanlar yaşanan böhranlara toxunmaq istəyirəm. Bu məni narahat edir. Bu onu göstərir ki, biz uğursuzluğa düçar olmuşuq, əlaqələrimizi, əməkdaşlığımızı yaxşılaşdıra bilməmişik. Mən açıq deməliyəm: Ya siz bu təşkilata inanırsınız, ya da inanmırsınız, ya siz münaqişələrin qabağını alır və həll edirsiniz, ya da etmirsiniz, ya siz azad medianı təbliğ edirsiniz, ya da etmirsiniz, ya siz insan haqlarını və demokratiyanı müdafiə edirsiniz, ya da etmirsiniz. Məsələ bu qədər sadədir. Bizim təşkilatımız öz prinsipləri qədər güclüdür və bizim regional təhlükəsizliyimiz sizin götürdüyünüz öhdəlikləri reallaşdırmaq iradəniz qədər güclüdür. Əgər sizin iradəniz bu istiqamətdə azalacaqsa və bu günlərdə biz bunu görürük, o zaman, biz mübarizə və problemlər içərisində olacağıq. Meydana çıxan hər böhran bizə yeni böhranlar gətirir. Görün, Belarusda nə baş verdi. İnsanların arzuları, hüquqları de-fakto olaraq təhlükə qarşısında qoyuldu. Bütün bunlar sonadək belə davam edə bilməz, bu, dəyişməlidir. Əgər "Soyuq müharibə"dən bəşəriyyətin yaxşılığı üçün vaz keçilməzsə, bizim təşkilatımız da uğurlu işləməyə davam edə biməz. Bunlar ATƏT platformasında bəyan edilməli, müzakirə olunmalıdır”.

E. Rama COVID-19 pandemiyasının ağır və gözlənilməz nəticələrinə toxunaraq onun bütün sahələrə təsir etdiyini deyib: "Mən pandemiya zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. Biz daha çox bu pandemiyanın sosial-iqtisadi tərəflərinə fokuslanırıq, lakin biz bəzi məqamlar var ki, onları mütləq unutmamalıyıq. Pandemiya münaqişələrin humanitar təsirlərini daha da kəskinləşdirib, kibertəhlükəsizlik sahəsində cinayətlərin sayı artıb, dezinformasiya güclənib. Bütün bunlarla yanaşı, insanların azad hərəkətində problemlər yaranıb, ailədaxili şiddət artıb, ksenofobiya, diskriminasiya güclənib. Bəli, bütün bunlar uzun bir qışı xatırladır, ancaq parlaq gələcək qarşımızdadır, biz buna çalışmalıyıq".

Edi Rama Ukrayna münaqişəsi barədə də danışıb. O deyib ki, Albaniya sədrliyi öz üzərinə götürəndə bu məsələnin prioritet olduğunu bəyan etmişdi və bu yanaşma dəyişməyib: "Keçən müddət ərzində müəyyən irəliləyiş əldə olunub, amma hərtərəfəli və sülh yolu ilə həll üçün gediləcək uzun yol var. Artıq 7 il keçib, hələ də insani itkilər davam edir. Bu ailələr üçün, cəmiyyətlər üçün ağırdır. Humanitar vəziyyət çox narahatedicidir. Əgər qarşılıqlı olaraq siyasi iradə göstərilərsə, sülh də olacaq. Atəşkəsə və Minsk Razılaşmasının müddəalarına əməl olunmalıdır".

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Hamısı