ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden hakimiyyətinin ilk 100 günündə koronavirusun yayılmasını azaltmaq üçün amerikalılardan maska taxmasını xahiş edəcək.
Eurasia Diary xəbər verir ki, bu barədə Bayden CNN-ə paylaşıb.
Byaden hər bir Amerikalının maska taxacağı təqdirdə koronavirusun yayılmasında ciddi azalama olacağına inanır..
Bayden ABŞ-ın bütün hökumət binalarında maskaların taxılmasını əmr edəcəyini söyləyib.
Bu günə qədər ABŞ-da 14.1 milyon yoluxma və 276 min ölüm halı qeydə alınıb.