Dağıstanda çirklənmiş sudan zəhərlənənlərin sayı 70-i ötüb | Eurasia Diary - ednews.net

3 Mart, Çərşənbə


Dağıstanda çirklənmiş sudan zəhərlənənlərin sayı 70-i ötüb

Dünya A- A A+

Dağıstanda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı 71 nəfərə çatıb.

Eurasia Diary-nin TASS-a istinadən verdiyi xəbərə görə, zəhərlənənlərdən 61 nəfəri uşaqdır.

Bildirilib ki, kütləvi zəhərlənmə çirklənmiş sudan baş verib.

Faktla bağlı cinayət işi başlanıb. 

***

Dağıstanda 50-dən çox uşaq zəhərlənmə diaqnozu ilə Buynaksk şəhər xəstəxanasına yerləşdirilib.

Eurasia Diary "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Regional idarəsi məlumat yayıb.

Bildirilib ki, uşaqlar 13-2 yaş aralığındadır. Uşaqların vəziyyəti həkimlər tərəfindən orta dərəcədə qiymətləndirilib. Onlarda hərarət və ürək bulanması müşahidə edilir. 

Hazırda zəhərlənmənin səbəbləri müəyyənləşdirilir, müxtəlif bağırsaq infeksiyaları üçün testlər aparılıb. 

Dağıstanın Səhiyyə naziri vəzifəsini icra edən Tatyana Belyaeva da xəstəxanaya gəlib. 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...