44 günlük müharibədə Ermənistan Azərbaycanın mülki əhalisini hədəf alıb, qadağan edilmiş kasetli silahlardan istifadə edib "Amnesty International"

Dünya 13:31 14.01.2021

"Amnesty International" təşkilatı 44 günlük müharibə dövründə mülki əhaliyə qarşı hücumlarla bağlı hesabat hazırlayıb.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, hesabatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərinə endirdiyi, ümumilikdə 72 mülki vətəndaşın ölümünə səbəb olan səkkiz zərbə sənədləşdirilib.

Hesabatda bu hücumlardan sağ çıxan, yaralanan şəxslər və həlak olan şəxslərin qohumlarından müsahibələr yer alıb.

Hesabatda bildirilir ki, oktyabrın 11-də, gecə saat 2 radələrində Gəncəyə endirilən raket zərbəsi nəticəsində 10 mülki şəxs həlak olub. Raket şəhərin mərkəzində, Zəfər Parkı ilə üzbəüz, Rəfibəyli küçəsindəki yaşayış binasına düşmüşdü. ANAMA-nın məlumatına görə,  həmin zərbədə Ermənistan tərəfi “SCUD-B” ballistik raketindən istifadə edib. Zərərin həcmi bu cür silahla vurulan zərbəyə uyğundur.

Hesabatda deyilir ki, oktyabrın 17-də “SCUD-B” ballistik raketinin Gəncə şəhərinin Muxtar Hacıyev küçəsinə düşməsi nəticəsində 21 mülki şəxs həlak olub, 50-dən çox insan yaralanıb. Bu hücum zamanı Südabə Əsgərovanın 15 yaşlı qızı Nigar doğum günündən bir gün həlak olub.

“O mənim tək övladım idi”, - deyə Südabə Əsgərova "Amnesty International"a bildirib.

64 yaşlı Ramiz Qəhrəmanov da həmin hücumda 34 yaşlı qızı Xatirəni, 11 yaşlı nəvəsi Orxanı, 6 yaşlı nəvəsi Məryəmi və 18 yaşlı nəvəsi Ləmanı itirib.

Sənəddə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 27-də Azərbaycanın Bərdə rayonunun Qarayusifli kəndinə kasetli bomba zərbəsi nəticəsində 5 mülki şəxs həlak olub, 14 nəfər yaralanıb, evlərə ciddi ziyan dəyib.

Ölənlərdən biri - 7 yaşlı Aysu İsgəndərova zərbə vaxtı bağlarındakı yelləncəkdə oynayırmış.

Hesabatda qeyd olunur ki, erməni qüvvələri oktyabrın 28-də cəbhədən 20 km-dən uzaq məsafədə yerləşən Bərdə şəhərinə bir neçə iriçaplı raket atıb. Üç raket şəhərin mərkəzinə, onlardan ikisi şəhərdəki iki xəstəxananın yaxınlığına düşüb. Üçüncüsü isə 72 ədəd 9N235 kasetli başlıqdan ibarət Rusiya istehsalı 9M55 “Smerch” raketi olub ki, bu da insanların sıx olduğu mərkəzi prospektə düşüb, nəticədə 21 mülki şəxs həlak olub.

“Sentyabrın 27-də Ermənistan hərbi qüvvələrinin Naftalan yaxınlığındakı Qaşaltı kəndinə artilleriya zərbəsi endirməsi nəticəsində Qurbanovlar ailəsinin beş üzvü həlak olub, onların evinə ciddi ziyan dəyib", - deyə hesabatda qeyd olunur.

"Amnesty International" hesabatında bildirib ki, sentyabrdan noyabradək davam edən 44 günlük müharibə dövründə Ermənistan tərəfi beynəlxalq humanitar hüququ pozaraq mülki əhalini də hədəf alıb və bu, çox sayda günahsız insanların ölümü ilə nəticələnib.

Qeyd olunub ki, Ermənistan tərəfi mülki əhalinin yaşadığı ərazilərdə qeyri-qanuni olaraq qeyri-dəqiq silahlardan, o cümlədən beynəlxalq səviyyədə qadağan edilmiş kasetli silahlardan və geniş ərazilərə yayılan digər partlayıcı silahlardan istifadə edib.

Hesabat müəllifləri hesabatı hazırlayarkən bu zərbələrdən sağ çıxan, yaralanan və ya qohumlarını itirən 51 şəxsdən və 8 rəsmi şəxsdən müsahibə aldıqlarını bildiriblər. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı