Eurasia Diary-nin verdiyi xəbərə görə, ABŞ-ın Müdafiə Nazirliyi ABŞ-da fəaliyyət göstərən və Vaşinqtonun nəzərincə Çinin hərbi sənayesi ilə əlaqəli olan Çin şirkətlərinin sanksiya siyahısını genişləndirib.
Bu barədə ötən gün Pentaqonun mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, siyahıya Çin Ticarət Aviasiya Korporasiyası (COMAC) və Çinin ən böyük smartfon istehsalçılarından biri olan “Xiaomi” də daxil olmaqla daha doqquz müəssisə əlavə edilib.
"Siyahını yeniləməyə davam edəcək, ehtiyac olduqda başqa təşkilatlar da əlavə ediləcək”, - deyə Pentondan bildirilib. (Eastnews.org)