ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden ölkə iqtisadiyyatının xilası planını təqdim edib.
Eurasia Diary Virtualaz.org-a istinadən bildirir ki, bu barədə RİA Novosti siyasətçinin keçid dövrü qərargahının açıqlamasına istinadən xəbər yayıb.
C.Bayden bu planın gerçəkləşməsi üçün 1,9 trilyon dolların gərəkli olduğunu bildirib.
O bu vəsaitin 160 milyard dollarının koronavirusa qarşı peyvəndləmə aparılması, testlərin genişləndirilməsi, ictimai səhiyyə sahəsində məşğulluq proqramlarının mobilləşdirilməsi üçün ayrılacağını vurğulayıb.
Bayden həmçinin məktəb və universitetlər üçün 170 milyard dollar ayrılacağını qeyd edib.