Tbilisidə polis və etirazçılar arasında qarşıdurma olub, 10-a yaxın şəxs saxlanılıb | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


Tbilisidə polis və etirazçılar arasında qarşıdurma olub, 10-a yaxın şəxs saxlanılıb

Dünya A- A A+

Tbilisidə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının qurultayı keçiriləcək “Expo Georgia” sərgi mərkəzinin qarşısında etiraz aksiyası təşkil olunub.

Eurasia Diary “Report”un yerli bürosuna istinadən xəbər verir ki, ictimai fəallar yolu bağlamağa və banner yerləşdirməyə cəhd etsələr də, polis buna imkan verməyib.

Aksiya iştirakçıları bildiriblər ki, etiraza səbəb partiyanın parlament seçkilərinin nəticələrini saxtalaşdırmasıdır.

Polis və aksiyaçılar arasında bir neçə dəfə qarşıdurma baş verib. Nəticədə 10-a yaxın ictimai fəal saxlanılıb.

Mərkəz qarşısında vəziyyət gərgin olaraq qalır.

Qeyd edək ki, “Gürcü Arzusu”nun qurultayı yerli vaxtla saat 14:00-da başlayacaq. Toplantıda partiyanın yeni sədri seçiləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...