ABŞ həbsxanalarında məhkumların kameralardan çıxması müvəqqəti qadağan ediləcək | Eurasia Diary - ednews.net

8 Mart, Bazar ertəsi


ABŞ həbsxanalarında məhkumların kameralardan çıxması müvəqqəti qadağan ediləcək

Dünya A- A A+

ABŞ həbsxanalarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı göstəriş verilib.

Eurasia Dairy APA-ya istinadən xəbər verir ki, bu barədə TASS agentliyi məlumat paylaşıb.

ABŞ Həbsxanaları Federal Bürosunun məlumatında bildirilib ki, tətbiq ediləcək gücləndirilimiş rejim tədbirləri müvəqqəti olsa da, məqsəd cəzaçəkmə müəssisələrində daxili nizam-intizamın yüksəldilməsi ilə yanaşı, işçilərin, məhkumların, eləcə də ictimaiyyətin fasiləsiz təhlükəsizliyini təmin etməkdir. 

Qərara əsasən, məhkumların gün boyu kameralardan çıxması qadağan ediləcək və ziyarətlərə  məhdudiyyət qoyulacaq.

Büro sözügedən qaydanın sıradan bir təhlükəsizlik tədbiri olduğunu açıqlayıb. Xüsusi olaraq vurğulanıb ki, bu, heç də məhbusların kənardan hər hansı bir məlumat əldə etməyin qarşısını almaq məqsədi daşımır. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...