Bayden tibbi maska və Meksika ilə sərhəddəki divarla bağlı fərman imzalayıb | Eurasia Diary - ednews.net

5 Mart, Cümə


Bayden tibbi maska və Meksika ilə sərhəddəki divarla bağlı fərman imzalayıb

Dünya A- A A+

ABŞ Prezidenti Co Bayden hər yerdə 100 gün müddətində tibbi maska taxılması ilə bağlı fərman imzalayıb.

Eurasia Diary-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb. 

Fərmana əsasən, federal binalarda və federal ərazilərdə tibbi maska taxılması zəruri hesab edilir və  sosial məsafənin gözlənilməsi tələb olunur. 

Baydenin digər fərmanı ABŞ-ın Meksika ilə sərhəddə inşa edilmiş divarla bağlı olub. 

Fərmanda göstərilib ki, sözügedən ölkə ilə sərhəddə xüsusi fövqəladə vəziyyət ləğv edilsin.

Qeyd edək ki, Tramp Administrasiyası miqrantların ölkəyə qanunsuz girişinin qarşısını almaq məqsədilə Meksika ilə sərhəd boyunca divar inşa etdirmişdi. Bu günədək 727 km uzunluğunda çəkilən səddin inşasına 8 milyard dollarlıq vəsait xərclənmişdi.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...