Zərifdən Baydenə çağırış | Eurasia Diary - ednews.net

6 Mart, Şənbə


Zərifdən Baydenə çağırış

Dünya A- A A+

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Foreign Affairs” jurnalındakı məqaləsində ABŞ Prezidenti Cozef Baydenin administrasiyasını əvvəlki ABŞ administrasiyasının tətbiq etdiyi bütün sanksiyaları ləğv etməyə və nüvə razılaşmasını xilas etməyə çağırıb.

Eurasia Diary bildirir ki, bu barədə “İnterfaks” xəbər verib.

“Administrasiya Trampın vəzifəyə gəldiyi andan tətbiq edilən bütün sanksiyaların qeyd-şərtsiz ləğvindən başlamalıdır”, - Zərif yazıb.

O əlavə edib ki, İrana qarşı təzyiqlər dəfələrlə əks nəticə verib. “Vəzifəyə gələn Bayden administrasiyası ABŞ-ın kollektiv səylərdə əsl tərəfdaş olmağa hazırlığını nümayiş etdirmək üçün Vaşinqtonda əsl siyasi iradə nümayiş etdirə bilsə, hələ də nüvə razılaşmasını xilas edə bilər”, - İran XİN başçısı qeyd edib.

Zərif söz verib ki, buna cavab olaraq, İran ABŞ-ın Birgə Əhatəli Fəaliyyət Planından çıxdığından sonra gördüyü bütün tədbirləri də ləğv etməyə hazırdır. Onun sözlərinə görə, Vaşinqton və ya Aİ-dən olan müttəfiqləri müqavilə üçün yeni şərtlər tələb etsələr, danışıqlar masasına qayıtmaq təhlükə altında olacaq.

qafqazinfo

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...