Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif şəhərlərində aksiyalar keçirilib YENİLƏNİB

Dünya 19:13 23.01.2021

Rusiyalı bloger Aleksey Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif regionlarında aksiyalar keçirilib.

Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, razılaşdırılmamış aksiyalar əsasən Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Novosibirsk, Vladivostok, Xabarovsk, Tomsk, Ulan-Ude, Kemerovo və digər şəhərlərdə keçirilib.

Aksiyalarda “Navalnıya azadlıq”, “Putin get” və hakimiyyət əleyhinə digər şüarlar səsləndirilib.

Hüquq-mühafizə orqanlarının razılaşdırılmamış etiraz aksiyalarına qatılanlara qarşı ciddi xəbərdarlıq etməsinə baxmayaraq, aksiyalara xeyli sayda insan qatılıb. Nəticədə polis tərəfindən bir çox aksiya iştirakçısı saxlanılıb.

Saxlanılanlar arasında Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya, tərəfdarları, müxalif yönlü media nümayəndələri də var.

Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında polislə etirazçılar arasında toqquşmalar olub.

Moskvada Puşkin meydanında toplaşan etirazçılar Tverskaya küçəsi boyunca Kreml yaxınlığındakı Manej meydanına yürüş ediblər. Polis qeyri-qanuni aksiyaya görə Manej meydanını bağlayıb. Etiraz aksiyası səbəbindən paytaxtın mərkəzi küçələrində hazırda tıxac müşahidə olunur. ​

İndiyə kimi etiraz aksiyalarında 1 300-dən çox insanın saxlanıldığı bildirilir.

ABŞ-ın Rusiyadakı səfirliyi ölkədə keçirilən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb. Bəyanatda Rusiyanın 38 şəhərində keçirilən etiraz aksiyaları ilə bağlı xəbərləri izlədikləri, bütün insanların dinc etiraz haqlarını, fikirlərini bildirmək azadlıqlarını dəstəklədikləri vurğulanıb.

Rəsmi Moskvanın ABŞ səfirliyinin məlum bəyanatına sərt reaksiyası özünü çox gözlətməyib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi amerikalı həmkarlarını öz problemləri ilə məşğul olmağa və digər dövlətlərin daxili işlərinə qarışmamağa çağırıb.

“Öz problemlərinizlə məşğul olun və digər dövlətlərin daxili işlərinə qarışmağı dayandırın”, - Rusiya XİN-in rəsmi “Facebook” səhifəsindəki bəyanatda qeyd olunub.

Xatırladaq ki, yanvarın 17-də Almaniyadan müalicədən geri dönən Aleksey Navalnı Moskvada Şeremetyevo hava limanında saxlanılıb. Növbəti gün onun saxlanıldığı polis bölməsində məhkəmə təşkil olunaraq ona 30 günlük həbs verilib. O, fevralın 15-dək həbsdə olacaq, daha sonra isə onun işi ilə bağlı yenidən məhkəmə keçiriləcək.

***
 
23 yanvarda Moskvada müxalifət lideri Aleksey Navalnıya dəstək mitinqinin keçirildiyi Puşkin Meydanında həbslər başlayıb.
 
Eurasia Diary-nin verdiyi məlumata görə, bu barədə hadisə yerindən RBK müxbiri məlumat verib. Müxbirin verdiyi məlumata görə, təxminən 40 nəfər saxlanılıb.
 
Daha əvvəl Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin paytaxt Baş İdarəsi icazəsiz ictimai tədbir keçirməyə cəhdlərin və etirazçıların təxribat xarakterli hərəkətlərinin "ictimai asayiş üçün təhdid olaraq qəbul ediləcəyini və dərhal qarşısının alınacağı barədə açıqlama vermişdi".
 
23 yanvarda Rusiya şəhərlərində müxalifət lideri Aleksey Navalnını dəstəkləyən icazəsiz mitinqlər keçirilib.
 
17 yanvarda tutulan müxalifət lideri Aleksey Navalnının tərəfdarları insanları etiraz etmək üçün küçələrə çıxmağa çağırdılar. Ertəsi gün o 30 gün müddətinə həbs edildi. FSİN, Navalnının şərti cəza qaydalarını pozduğunu, xüsusən də müfəttişə məruzə etmədiyini, bununla əlaqədar şöbənin onun şərti cəzasının həqiqi cəza ilə əvəz edilməsini tələb etdiyini iddia edir.
 
Videonu izləmək üçün keçidə daxil olun: 

1

 
1
 
1
 
1 

 

 


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı