“İcazəsiz aksiyalarda çox sayda vətəndaş iştirak etməyib” - Peskov | Eurasia Diary - ednews.net

6 Mart, Şənbə


“İcazəsiz aksiyalarda çox sayda vətəndaş iştirak etməyib” - Peskov

Dünya A- A A+

23 yanvarda Rusiya şəhərlərində baş verən icazəsiz aksiyalarda çox sayda vətəndaş iştirak etməyib.

Eurasia Diary xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu cür qanunsuz tədbirlər vəziyyəti sarsıtmağa çalışanlar tərəfindən təşkil olunur. Lakin bunu edə bilmirlər, çünki aksiyalarda dövlət başçısı Vladimir Putinə səs verənlərdən qat-qat az sayda adam iştirak edir.

Kremlin sözçüsü bir çox rusların konstitusiya dəyişikliklərinin lehinə səs verdiklərinə diqqət çəkib. Eyni zamanda o, bütün fikirlərə hörmət etdiyini, lakin razılaşdırılmamış aksiyalarda iştirakın qətiliklə əleyhinə olduğunu qeyd edib.

Qeyd edək ki, 23 yanvar günortadan sonra Moskvada, Sankt-Peterburqda və Rusiyanın digər şəhərlərində həbs olunan müxalifət lideri Aleksey Navalnını dəstəkləmək məqsədilə mitinqlər keçirilib. Rusiya polisi aksiya iştirakçılarına qarşı zor tətbiq edib.(qazet.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...