Türkiyə Müdafiə Nazirliyi Tunceli bölgəsində "Eren-7 Mercan-Munzur" adlı əməliyyata başlayıb.
Eurasia Dairy Anadolu Agentliyinə istinadən xəbər verir ki, əməliyyatlar separatçı PKK terror təşkilatını regiondan qovmaq məqsədi ilə aparılır.
Əməliyyatda 1062 nəfər şəxsi heyətdən ibarət 59 hərbi dəstə cəlb olunub.
Bundan əlavə, 11 yanvardan başlanan Eren əməliyyatları çərçivəsində 3 terrorçu zərərsizləşdirilib, 41 nəfər saxlanılıb, 168 terror məskəni məhv edilib.