Moskvada etiraz aksiyasında tutulan bir nəfərin çəkdiyi videoda bir qrup insanın polis mikroavtobusuna zorla salındığı əks olunur. Saxlanılanlardan digəri isə qeyd edir ki, həbsxanalarda yer olmadığından artıq 9 saata yaxındır ki, onlar ac-susuz mikroavtobuslarda sıxılmış vəziyyətdə saxlanılırlar.
Eurasia Diary etibarlı mənbələrə istinadən xəbər verir ki, səkkiz məhbus üçün nəzərdə tutulmuş, yataqlarında döşəkləri olmayan və içi çirkab su ilə dolu, çuxura bənzər tualeti olan bir həbsxana kamerasında 28 nəfər yerləşdirilib. Orada saxlanılanlar öz acı təəssüratlarını bölüşərək deyirdilər ki, orada heç bir koronavirus qaydalarına riayət etməkdən söz gedə bilməz. Şərait dözülməzdir, antisanitariya isə baş alıb gedir.
Qeyd edək ki, son iki həftədə Moskvada etiraz aksiyalarında 11000-dən çox Navalnıy tərəfdarları həbs edilib və onlardan bir çoxuna üç ilə yaxın həbs cəzası kəsilib.