“Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zohrabyan Çeçenistan başçısı Ramazan Kadırovun qardaşı ilə görüşüb.
Bu haqda məlumatı “Qraparak” qəzeti yayıb.
Mənbə yazır ki, parlamentin üzvü görüş zamanı erməni əsirlərin geri qaytarılması üçün Ramzan Kadırovdan kömək istəyib.
Söhbət ilk növbədə Azərbaycanda əsirlikdə olan 4 qadının qayıtmasından gedir.
Zohrabyan bu məlumatı hələ şərh etməyib.