“Yallı”dan əməkdaşlığa gedən ağır yol Paşinyan hər tərəfə mesaj ötürür

Dünya 14:03 24.02.2021

Ermənistanın Baş naziri Nikol Paşinyan rəqiblərini susdurmaq və radikal müxalifətin arqumentlərini zəiflətmək üçün yerli televiziya kanallarından birinə geniş müsahibəyə ehtiyac duyub. Paşinyanın bu taktikası özünü doğruldub. Çünki Paşinyan müsahibəsində elə detallara toxunub ki, keçmişdə hakimiyyətlərdə olan hazırki müxalifət nümayəndələri üçün həmin detalları inkar etmək çətin olacaq. Üstəgəl Paşinyan müsahibəsində ona inananlara gərginlik və müharibə deyil, əməkdaşlıq və inkişaf vəd etməyə çalışıb.

Birincisi, Paşinyan keçmiş prezident və hakimiyyətdən devirdiyi Serj Sarkisyanı susdurub. Sarkisyan bir neçə gün əvvəl böyük səs-küy yaradan müsahibəsində demişdi ki, Paşinyan 44 günlük müharibənin ilk günlərdə vaxtilə Rusiyadan alınan “İsgəndər” raketlərindən istifadə etməyib və guya məğlubiyyətdə bu amilin rolu olub. Paşinyan isə müsahibəsində deyib ki, müharibənin ilk günlərindəcə həmin “İsgəndər” raketlərindən Azərbaycana qarşı istifadə ediblər, ancaq həmin raketlər partlamayıb. Paşinyan cümləsinin sonunda Rusiyaya atmaca atmaqdan da çəkinməyib: “Bəlkə bu raketlər 80-ci illərdə hazırlanıb?” Paşinyan bu cavabla həm Sarkisyanı susdurub, həm də Rusiyaya mesaj yollayıb ki, Ermənistana köhnə raketlər sırımısız. Belə çıxır ki, Rusiya kasıb vassalından raketlərin pulunu alıb, ancaq göndərdiyi raketlər yararsız olub. Paşinyan başqa ölkələrə də dolayı mesaj göndərib ki, ağlınız olsun, Rusiyadan raket və ya digər hərbi texnika alanda yüz dəfə düşünün. Aydındır ki, Paşinyanın “İsgəndər” raketləriylə bağlı atmacası Kremlin xoşuna gəlməyəcək. Serj Sarkisyanın da Paşinyanın yarasız raketlər barədə açıqlamasına verə biləcəyi cavab maraq doğurur. Paşinyan onu orduya kifayət qədər diqqət ayırmamaqda ittiham edənlərə başqa mesajını da yollayıb: “Hakimiyyətə gəldikdən sonra hərbi büdcəni 23 faiz artırdım”.

İkincisi, Paşinyan müsahibəsində deyib ki, əsas vəzifələrindən biri əsirlərin geri qaytarılmasıdır. O, Azərbaycanı əsirlər məsələsində ittiham edərək deyib ki, guya rəsmi Bakı 10 noyabr anlaşmasının əsirlərlə bağlı bəndinin reallaşdırılmasını gecikdirir. Paşinyanın “əsir” dediyi şəxslər 10 noyabr bəyanatından sonda əli silahlı ələ keçiriliblər. Halbuki, 10 noyabr bəyanatına görə Ermənistan əli silahlı bütün vətəndaşlarını dərhal Dağlıq Qarabağdan çıxarmalı idi. Buna baxmayaraq, Paşinyan əsirlər mövzusunda danışarkən, ləng olsa da, prosesin irəlilədiyini və nəticə əldə olunduğunu etiraf edib. Misal üçün o 69 əsirin Ermənistana təhvil verildiyini xatırladıb. Paşinyan Rusiya vasitəsilə Azərbaycanla təmasların davam etdiyini vurğulayıb.

Üçüncüsü, Paşinyan 10 regional layihələrdən danışarkən maraqlı fikirlər söyləyib: “Regional layihədə bütün dövlətlər, o cümlədən Rusiya, Gürcüstan, İran, Türkiyə və Azərbaycan maraqlıdır. Bu Ermənistanın da maraqlarına uyğundur. Kommunikasiya xətlərinin açılması bölgəyə barış və inkişaf gətirəcək. Bunun Ermənistan iqtisadiyyatına da müsbət təsiri olacaq”. Paşinyan bu açıqlamasıyla da rəqiblərinə mesaj göndərir ki, regional layihələrdə iştirak Ermənistanın xeyrinədir. Halbuki, onun rəqibləri, o cümlədən bəzi erməni iqtisadçılar vurğulayırlar ki, guya kommunikasiya xətlərinin açılması Ermənistana fayda gətirməyəcək.

Dördüncüsü, Paşinyan müsahibəsində Sünikdəki duruma da aydınlıq gətirib: “Həll edə bilməyəcəyimiz problem yoxdur. Sünikdə qonşumuzla sərhəd müəyyənləşir. Əlbəttə, bu həmin bölgədə yaşayan vətəndaşlarımızda müəyyən suallar yaradır. Ancaq bir müddət sonra gərginliyin azalacağına inanıram. Biz Sünik bölgəsində sosial və infrastuktur çalışmalarını sürətləndirəcəyik”. Bu açıqlama da ona hesablanıb ki, ermənilər Azərbaycanla qonşuluqda yaşamağa öyrəşməlidirlər.

Beləliklə, Nikol Paşinyan son müsahibəsiylə müharibədən əvvəlki ritorikasından geri çəkilmiş kimi görünür. Bir vaxtlar Şuşada yallı gedən, “Qarabağ Ermənistandır və nöqtə” deyən şəxs hazırda Azərbaycanla və Türkiyə ilə əməkdaşlıq imkanlarından, kommunikasiya xətlərinin açılmasından danışır. Paşinyan növbəti açıqlamalarının birində Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının olmadığını da vurğulayarsa, regional əməkdaşlığa real töhfəsini vermiş olacaq.

Elxan Şahinoğlu

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Niderland şahzadəsi əsgərliyə gedir
11:12 02.07.2025
"Xiaomi"nin elektrik avtomobili satış rekordları qırdı - 3 Dəqiqəyə 200 min sifariş....
10:57 02.07.2025
"BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi istefaya getməlidir"
10:42 02.07.2025
Süveyş körfəzində qazma qurğusu batıb
10:36 02.07.2025
“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”
10:27 02.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
10:21 02.07.2025
Fransa ordusu Seneqaldan çıxır
10:12 02.07.2025
"Rusiya və Azərbaycanın arasındakı dostluq münasibətlərini pozmaq istəyənlər var"
10:04 02.07.2025
"Cəmiyyətdə müsabət dəyişikliyə nail olmaq istəyiriksə,qadınları təhsilə cəlb etməliyik"
09:59 02.07.2025
"Google" külli miqdarda təzminat ödəyəcək
09:54 02.07.2025
"Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir"
09:44 02.07.2025
Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır
09:39 02.07.2025
ECO qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb
09:27 02.07.2025
İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
09:24 02.07.2025
"Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil"
09:17 02.07.2025
Klublarası dünya çempionatı: "Borussiya" "Real Madrid"lə görüşəcək
09:09 02.07.2025
PKK-nın tərksilah prosesi 10 gün ərzində baş tutacaq
08:54 02.07.2025
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
08:38 02.07.2025
Öldürülən qardaşlara işgəncə faktları təsdiqləndi
08:17 02.07.2025
Azərbaycan Polisi – 107 illik xidmət və fədakarlıq!
00:01 02.07.2025
"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Hamısı