“Ermənistanın “İskəndər”dən istifadəsi qadağan edilməlidir - Korotçenko | Eurasia Diary - ednews.net

23 Aprel, Cümə


“Ermənistanın “İskəndər”dən istifadəsi qadağan edilməlidir - Korotçenko

Dünya A- A A+

“Rusiya “İskəndər”və digər raket komplekslərinin Ermənistana çatdırılması məsələsinə qadağa qoyulmasını bir daha nəzərdən keçirməlidir. Bu ölkə - KTMT-də müttəfiq olmasına baxmayaraq - bu silah növünün istifadəsində Səddam Hüseyn kimi tamamilə şüursuz davranırdı”.

Bu sözləri Rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko özünün "Telegram" kanalında yazıb.

O, Ermənistanın baş naziri “İskəndər” raket kompleksinin yararlı olmadığı haqda dediyi fikirlərə də aydınlıq gətirib.

“Bəlkə bu Ermənistan ordusunun səriştəsizliyindən irəli gəlir? Bundan əlavə, Ermənistanın Azərbaycanın mülki hədəflərini raket zərbələrinə tutması özü hərbi cinayətdir.

Sonda Korotçenko bu raket kompleksinin Ermənistanda olan Rus hərbi hissəsində qalmasını, lakin ermənilərin bundan istifadə etməsinə qadağa qoyulmalı olduğunu da qeyd edib.

“İskəndər raket kompleksi gələcəkdə də bu ölkənin hərbi təhlükəsizliyinin qarantı olaraq Ermənistandakı Rusiya hərbi bazasında olmalıdır.

Lakin Ermənistan ordusu nə siyasi, nə də peşəkarlıq cəhətdən bu kompleksdən istifadə etməyə hazır deyil”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...