"Kremldə Ermənistandakı vəziyyəti həyəcanla izləyirlər".
Eurasia Diary-nin APA-ya istinadən verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz Ermənistandakı vəziyyətin inkişafını həyəcanla izləyirik. Hesab edirik ki, bu, istisnasız olaraq Qafqazda bizim üçün çox vacib və yaxın müttəfiq olan Ermənistanın daxili işidir”, - deyə Kremlin sözçüsü Ermənistandakı vəziyyətə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.
N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.