Rusiya hərbi texnikası dəfələrlə öz effektivliyini nümayiş etdirib.
Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın “İsgəndər” operativ-taktiki raketlərinin yararsız olması barədə dediklərinə münasibət bildirərkən deyib.
“Biz bunu şərh etmirik. Rusiya texnikası dəfələrlə öz effektivliyini dünyanın müxtəlif nöqtələrində nümayiş etdirib”, - deyə Kremlin sözçüsü vurğulayıb.