Erməni general Paşinyanın qərarlarını "axmaq" adlandırdı | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Erməni general Paşinyanın qərarlarını "axmaq" adlandırdı

Dünya A- A A+

"Nikol Paşinyan o qədər axmaq əmrlər verdi ki, ordunun səbri tükəndi."

Erməni KİV-dən verilən məlumata görə, bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olmuş general-polkovnik Movses Akopyan deyib.

“Mənə elə gəlir ki, bu ölkədə hakimiyyət dəyişikliyi olmayıb. Çünki mövcud hökumət sanki ölkənin idarəçisi, lideri deyil, müxalifət kimi danışır. Dövlət başçısının sözləri şübhə doğurmamalıdır. Ölkə rəhbərinin çıxışı dərc olunmadan əvvəl min dəfə yoxlanılmalıdır. Nikol o qədər axmaq əmrlər verdi ki, ordunun səbri tükəndi",- deyə erməni general bildirib.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...