Ermənistan qorxu içində Türk kəşfiyyatçıları Yerevana girib iddiası

Dünya 12:14 01.03.2021

Ermənistanda ordunun tələbinə baxmayaraq hakimiyyəti əldə saxlamağa çalışan baş nazir Nikol Paşinyanın əleydarları ona qarşı ən müxtəlif təzyiq formalarından istifadə edirlər.  O cümlədən barəsində irəli sürdükləri “türkə işləyən satqın” iddiasını ictimai rəyə yeritmək üçün hər gün yeni “dəlillər” ortaya atırlar.

Eurasia Diary Virtualaz.org xəbər verir ki, ötən gün Ermənistan telegram-kanalları Paşinyana qarşı bunt qaldırmış və onun istefasını tələb edən Baş qərargah rəisi Onik Qasparyanı zərərsizləşdirmək üçün “Türkiyədən xüsusi qrup göndərildiyi” haqda xəbərlər yayıblar.

Əvvəlcə LIVEnews.am internet-resursu bildirib ki, Türkiyədən göndərilən və 13 nəfərdən ibarət xüsusi qrup Ermənistanın Gürcüstanla sərhədini keçərək ölkəyə daxil olub. İddia edilirdi ki, qrupun tərkibinə 3-cü ordunun operativ şöbəsinin, hərbi kəşfiyyatın, kəşfiyyat planlaşdırılması və koordinasiyası idarəsinin nümayəndələri daxildir. Daha sonra həmin xəbəri sürətlə digər KİV-lər və çoxsaylı Telegram-kanallar dərc edib.

Nəticədə Ermənistan Milli Təhlükəsizlik Xidməti həmin məlumatı təkzib edən bəyanatla çıxış etməli olub. Bildirib ki, Türkiyə silahlı qüvvələrinin xüsusi qrupunun ölkəyə daxil olması haqda xəbərlər yalandır və vətəndaşlar “bu cür dezinformasiyalara inanmasınlar, ayıq-sayıq olsunlar”.

Xatırladaq ki, Paşinyan Onik Qasparyanın vəzifədən azad edilməsi haqda prezidentə təqdimat göndərib. Lakin prezident Armen Sarkisyan bu təqdimatı imzalamayıb və geri qaytarıb. Paşinyan təkrar təqdimat göndərməyə hazırlaşırdı.

“Paşinyan Türkiyəyə işləyir” mövzusunda daha bir iddianı isə həmin Semyon Peqov-Qarabağ müharibəsi dövründə özünün sərsəm reportajları ilə yalanları ilə məşhurlaşmış rusiyalı muzdlu ortaya atıb. Onun bildirdiyinə görə, Paşinyan tərəfdarlarının bu günə təyin edilmiş mitinqini izləmək üçün Gürcüstanda akreditə olunmuş Türkiyə jurnalistləri Ermənistana gəlmək istəyib. Onların gəlişinə icazə verilib, amma Peqovun bildirdiyi kimi, “Rusiya buna qarşı çıxıb və türkiyəli jurnalistləri ölkəyə buraxmayıb”...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı