ABŞ-ın Dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqları aparıb və onu "Ermənistanda demokratik proseslərin dəstəkləndiyinə" inandırıb.
Eurasia Diary bildirir ki, ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda belə deyilir.
"Katib qanunun aliliyinə və demokratik təsisatlara olan hörmətin vacibliyini vurğuladı və Ermənistanda demokratik proseslərin və institutların inkişafına daim dəstək göstərdiyimizi bildirdi", - deyə məlumatda vurğulanıb.
Bundan başqa bildirilir ki, Blinken "Dağlıq Qarabağ münaqişəsinin qalıcı həllinə nail olmaq üçün səyləri alqışlayıb".