“Orduda və müdafiə sektorumuzda islahatlar aparmağa qərarlıyıq, ancaq təkcə islahatlar Rusiyanı dayandıra bilməyəcək”.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında qeyd edib.
“NATO – Donbasda müharibəyə son qoymağın yeganə yoludur. Ukrayna xəritəsi Rusiya üçün əsl siqnal olacaq”, - deyə V.Zelenski bildirib.
Yeri gəlmişkən, bu arada Ukrayna Prezidenti Vladimir Zelenski və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Telefon danışığı zamanı NATO Baş katibi Ukraynada və onun ətrafında Rusiyanın hərbi fəaliyyətlərindən və davam edən atəşkəs pozuntusundan ciddi narahatlığını ifadə edib.
“NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz yaxın tərəfdaşlığımıza sadiq qalırıq”, - deyə Y. Stoltenberq qeyd edib.