Ermənistan baş nazirinin müşaviri general-mayor Arşak Karapetyan işdən çıxarılıb.
Ermənistan KİV-lərindən verilən məlumata görə, Nikol Paşinyan bu barədə qərar imzalayıb.
Ermənistan silahlı qüvvələrinin baş qərargahının kəşfiyyat idarəsinin sabiq rəisi A.Karapetyan 2018-ci ildən Paşinyanın müşaviri idi.
Qərarın səbəbləri açıqlanmayıb.