Koçaryana vurulan zəncirlərdən biri açıldı İttiham üzərindən götürüldü

Dünya 10:53 07.04.2021

Ermənistanın paytaxtı Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə aprelin 6-da sabiq prezident Robert Koçaryan, general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyanın mühakiməsi üzrə yeni qərar verib.

Eurasia Diary Novator.az-a istinadən görə, konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı ilə cinayət təqibi dayandırılıb. Qərar Konstitusiya Məhkəməsinin 26 mart 2021-ci il qərarına əsaslanır. Həmin qərarla Ermənistan Cinayət Məcəlləsinin dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə görə məsuliyyət müəyyən edən 300.1-ci maddəsi ölkə konstitusiyasına zidd sayılıb.

Şenqavit məhkəməsinin 6 aprel qərarı Seyran Ohanyan və Yuri Xaçaturova bəraət verilməsi deməkdir. Onlar yalnız 300.1-ci maddə ilə ittiham olunurdular. Robert Koçaryanla Armen Gevorkyana başqa ittiham da irəli sürülüb.

1954-cü il təvəllüdlü Robert Koçaryan Azərbaycana qarşı işğalçı müharibənin rəhbərlərindən biridir. 1992-ci ildən Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib, 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən prezident postlarını tutub.

2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət işğalçı müharibənin qaniçən liderlərindən olan baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

2018-ci ildə Serj Sərkisyan hakimiyyəti çökəndən sonra bu iş üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Koçaryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, 2018-ci il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilib.

O, xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır. Bu ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilib. Silva Ambarsumyan iddia edir ki, Robert Koçaryan 2008-ci ildə prezident postunu tutarkən bir biznes müqaviləsinə mane olmamaq üçün ondan külli miqdarda rüşvət alıb.

2018-ci il iyulun 27-də Robert Koçaryan 2 ay müddətinə həbs edilib, avqustun 13-də azadlığa buraxılıb. Həmin il dekabrın 7-də Robert Koçaryan yenə tutulub, 2019-cu il mayın 18-də pul girovu ilə azadlığa çıxıb. 2019-cu il iyunun 25-də Robert Koçaryan yenidən həbs edilib, sentyabrın 12-də Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə mühakimə prosesi başlayıb. Sabiq prezidentlə birgə Seyran Ohanyan, Yuri Xaçaturov və Armen Gevorkyan da mühakimə olunub.

Ermənistanın Apellyasiya Məhkəməsi 2020-ci il iyunun 18-də Robert Koçaryanın pul girovu müqabilində azadlığa buraxılması barədə qərar verib. İyunun 19-da sabiq prezident azadlığa buraxılıb.

Robert Koçaryan Rusiyanın “Sistema” investisiya şirkətinin Direktorlar Şurasının üzvüdür.

Mart qırğını zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş general-polkovnik Seyran Ohanyana dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı irəli sürülmüşdü. Ondan Ermənistanı tərk etməmək iltizamı alınmışdı.

Seyran Ohanyan 1962-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olub. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Azərbaycan torpaqlarının işğalının və soyqırımı cinayətlərinin rəhbərlərindən biridir. 1999-cu il avqustun 2-dən Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” olub. 2007-ci ilin may ayından Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, 2008-2016-cı illərdə müdafiə naziri postlarını tutub.

Mart qırğını zamanı müdafiə nazirinin müavini vəzifəsini tutmuş general-polkovnik Yuri Xaçaturov da dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittihamı olunurdu. 2018-ci ilin iyul ayında həbsinə vəsatət verilmiş Yuri Xaçaturovu məhkəmə pul girovu müqabilində azadlığa buraxmışdı.

Yuri Xaçaturov 1952-ci ildə Gürcüstanda anadan olub. Azərbaycan torpaqlarının işğalının iştirakçısıdır. 2008-ci ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub, 2016-cı ildən Ermənistan Milli Təhlükəsizlik Şurasına katiblik edib. 2017-ci il mayın 2-dən 2018-ci il oktyabrın 30-dək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postunu tutub.

Mart qırğını zamanı Prezident Administrasiyasının rəhbəri olmuş Armen Gevorkyan dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə cinayətində iştirakda, xüsusilə külli miqdarda rüşvət almaqda və qanunsuz yolla əldə edilmiş külli miqdarda gəliri leqallaşdırmaqda təqsirləndirilib. Ondan Ermənistanı tərk etməmək iltizamı alınıb.

1973-cü ildə Yerevanda doğulmuş Armen Gevorkyan 1997-ci ildən Ermənistanın dövlət idarəçiliyi sistemində işləyib. Baş nazirin köməkçisi, prezidentin birinci köməkçisi, Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, ərazi idarəçiliyi naziri və baş nazirin müavini postlarını tutub.

Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq müdafiə naziri general-polkovnik Mikael Arutunyanı da mart qırğınında təqsirli bilib. O, Rusiyada yaşayır.

Mikael Arutunyan 1946-cı ildə Azərbaycanın Şamaxı rayonunun Saqiyan (indiki Günəşli) kəndində anadan olub. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Ermənistanın müdafiə naziri postunu 2007-2008-ci illərdə tutub. 2007-ci ilədək Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini olub. 2008-ci ildən Ermənistan prezidenti yanında baş hərbi inspektor vəzifəsində çalışıb.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Hamısı