“Azərbaycan BMT üçün əhəmiyyətli ölkədir” - Baş Assambleyanın Prezidenti | Eurasia Diary - ednews.net

12 May, Çərşənbə


“Azərbaycan BMT üçün əhəmiyyətli ölkədir” - Baş Assambleyanın Prezidenti

Dünya A- A A+

“Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) üçün əhəmiyyətli ölkədir”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının (BA) Prezidenti, 75-ci sessiyasının sədri Volkan Bozkır deyib.

O, sədrliyi dövründə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirildiyini vurğulayıb: “Xüsusi sessiya həqiqətən çox böyük uğurla başa çatdı. İlk dəfə pandemiyadan sonra BMT-də COVID-19-la bağlı güclü mesajlar verildi”.

V. Bozkır qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev onu qəbul edib. Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı ilə görüşdə bölgədə mövcud vəziyyəti və BMT-nin gündəliyində duran məsələləri müzakirə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...