“Ermənistana seçki deyil, islahatlar lazımdır” - Sarkisyan | Eurasia Diary - ednews.net

15 May, Şənbə


“Ermənistana seçki deyil, islahatlar lazımdır” - Sarkisyan

Dünya A- A A+

Ermənistan prezidenti Armen Sarkisyan erkən seçkiləri ölkəni siyasi, iqtisadi, sosial və ən əsası mənəvi, psixoloji böhrandan çıxarmaqda vasitə kimi görmür. Eurasia Diary xəbər verir ki, bu barədə Sarkisyan “Sputnik Ermənistan”a müsahibəsində deyib.

Onun sözlərinə görə, istənilən siyasi prosesin öz məntiqi var. Bu vəziyyətdə ilkin olaraq sistemli islahatların aparılması qaydası məntiqlidir, bunun üçün əhəmiyyətli, keyfiyyətli resurslar lazımdır. Yalnız bu islahatlar, o cümlədən Konstitusiya dəyişikliyi nəticəsində məzmunlu xarakter daşıyacaq seçkilərin keçirilməsi mümkündür.

"Əks təqdirdə, seçkilərin seçki xatirinə keçirildiyi bir vəziyyət alırıq. Mən seçkini ölkənin siyasi, iqtisadi, sosial və ən əsası mənəvi və psixoloji böhrandan çıxarmaq üçün vasitə kimi görmürəm. Bütün fəaliyyətimiz ilk növbədə böhranlı vəziyyətin həllinə yönəlməlidir”.

Azvision.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...