Türkiyə və Ukrayna prezidentləri görüşüb | Eurasia Diary - ednews.net

12 May, Çərşənbə


Türkiyə və Ukrayna prezidentləri görüşüb

Dünya A- A A+

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Türkiyəyə səfər edib.

Eurasia Diary-nin xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə İstanbulda Huber köşkündə görüşüb.

Hazırda davam edən görüş çərçivəsində Türkiyə-Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi, azad iqtisadi ticarət müqaviləsi, regionda sülh və sabitliyin qorunması, Krım türklərinin həyat şəraitinin yaxşılaşdırılmasına aid layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparılacaq. Dövlət başçıları Rusiya və Ukrayna arasında yaranan gərginliklə əlaqədar da müzakirələr aparacaqlar.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Səfər çərçivəsində Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da baş tutacaq.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...