Gürcüstan parlamentində Dağlıq Qarabağla bağlı müzakirələr olacaq | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


Gürcüstan parlamentində Dağlıq Qarabağla bağlı müzakirələr olacaq

Dünya A- A A+

Gürcüstan parlamentində Dağlıq Qarabağla bağlı müzakirə aparılacaq.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, məsələ parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Məlumata görə, komitənin gündəliyində qeyd olunub ki, müzakirə zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ələdə edilən razılaşmanın Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsirlərinə fokuslanılacaq. Komitə iclasında Gürcüstan kəşfiyyat xidmətinin rəhbəri Şalva Lomidze dinləniləcək. İclasın qapalı keçəcəyi ehtimal edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...