"Rusiya rusdilli insanların taleyinə biganə qalmayacaq" - Dmitri Peskov | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


"Rusiya rusdilli insanların taleyinə biganə qalmayacaq" - Dmitri Peskov

Dünya A- A A+

Rusiya Ukraynanın Donbas bölgəsindəki gərginliklərlə əlaqədar bir dialoq prosesinə başlamaq üçün iki ölkə arasında imzalanan Minsk Sazişində göstərilən bəzi şərtlərin yerinə yetirilməli olduğunu bildirib. 2015-ci ildə imzalanan Minsk Sazişi Donbas bölgəsindəki Ukrayna və Rusiya, Ukrayna ordusu və Rusiya separatçı milisləri arasındakı qarşıdurmalara son verdi.

Eurasia Diary Sia-ya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Donbasdakı böhranın həlli üçün Almaniya, Fransa, Rusiya və Ukraynanın Normandiya formatında liderlərin sammitinin hazırlanması üçün səy göstərildiyini söyləyib.

Peskov bildirib ki, Ukraynada vətəndaş müharibəsi ehtimalını heç kimin qəbul etmədiyini, lakin Rusiyanın Ukraynanın cənub-şərqində yaşayan rusdilli insanların taleyinə biganə qalmayacağını vurğulayıb.

Mətbuat xidmətinin rəhbəri Kiyev hökumətinin Minsk Sazişlərinin bəzi maddələrinin işə yaramadığına dair açıqlamalara təəccübləndiyini də əlavə edib. Son altı ildə Kiyev hökuməti Moskvanın Minsk Sazişinə əməl etmədiyini söyləyən bir sıra açıqlamalar verib.

Donbas bölgəsindəki Rusiyanın dəstəklədiyi separatçılarla Ukrayna qoşunları arasında qarşıdurmalar davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...