Ukraynanın xarici işlər naziri Dmitro Kuleba NATO Baş katibi Yens Stoltenberqlə görüşəcək.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, görüş aprelin 13-də NATO-nun Baş qərargahında baş tutacaq.
Görüşdən sonra Ukrayna XİN başçısı NATO-Ukrayna Komissiyasının iclasına qatılacaq.