Lavrov Türkiyəni Kiyevin militarist hislərini alovlandırmamağa çağırıb | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


Lavrov Türkiyəni Kiyevin militarist hislərini alovlandırmamağa çağırıb

Dünya A- A A+

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəni Kiyevin bəyanatlarını təhlil etməyə və Ukrayna hakimiyyətinin militarist hisslərini alovlandırmamağa çağırıb.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu S. Lavrov mətbuat konfransında Ankaranın Kiyevə dronlar satması ilə bağlı məlumatı şərh edərkən deyib.

“Dərhal deyim ki, əlaqə qurduğumuz bütün məsul ölkələrə - Türkiyə də bunlardan biridir - Kiyevin döyüş ruhlu bəyanatlarını təhlil etməyi qətiyyətlə tövsiyə edirik və onları bu militarist duyğuları bəsləməmək üçün xəbərdar edirik”, - deyə S. Lavrov vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...