Türkiyənin “Aselsan” müdafiə şirkəti qısa məsafədə və şaquli qalxma və enmə qabiliyyəti olan (kvadrakopter tipli) PUA-lar dizayn edəcək.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hərbi mətbuatı yazıb.
Bildirilir ki, şirkət “çoxfunksiyalı PUA” adlı dizaynı artıq patentləşdirib.
Yeni PUA-ların həm fırlanan, həm də sabit qanadlı PUA-ların xüsusiyyətini daşıyacağı qeyd olunur. PUA həm ənənəvi daxili yanma hərəkət sistemi, həm də elektrik itələmə sistemi ilə təchiz oluna bilər.
“Aselsan” tərəfindən dizayn edilən bu sistemin xüsusilə dəniz platformaları üçün inkişaf etdirildiyi təxmin edilir.