“Əfqanıstanda sülh prosesi" konfransı başlayır - Masada "Taliban" olmayacaq | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


“Əfqanıstanda sülh prosesi" konfransı başlayır - Masada "Taliban" olmayacaq

Dünya A- A A+

“Taliban” Türkiyənin təşkilatçılığı ilə İstanbulda keçirilməsi planlaşdırılan “Əfqanıstanda sülh prosesi” konfransında iştirak etməkdən imtina edib.

Bu barədə "Agence France-Presse" məlumat yayıb.

“Taliban” səbəb kimi xarici ölkələrin hərbçilərinin Əfqanıstanda mövcudluğunu göstərib.

“Bütün xarici qüvvələr Əfqanıstandan tamamilə çıxarılmayınca, biz Əfqanıstanla bağlı hər hansı konfransda iştirak etməyəcəyik”.

Qeyd edək ki, 24 aprel - 4 may tarixlərində Türkiyənin İstanbul şəhərində “Əfqanıstanda sülh prosesi” konfransının keçirilməsi planlaşdırılır.

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...