Bu gün Ermənistanın Kotayk vilayətində ölümlə nəticələnən qəza baş verib.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, saat 01:00 radələrində naməlum markalı və nömrəli avtomobilin sürücüsü Aramus kəndinin Tiqranadzor magistral yolunda 6 piyadanı vurub, onları köməksiz vəziyyətdə qoyaraq qaçıb.
Məlumata görə, 2 nəfər yerindəcə ölüb, 4 nəfər Abovyan tibb mərkəzinin həkimləri tərəfindən əvvəlcə tibbi ayrdım alıb, daha sonra təcili yardım maşınları ilə Abovyan tibb mərkəzinə yerləşdirilib.
Qeyd olunur ki, ölənlər Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edirdilər, yaralılar da Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edirlər.