30 illik fəaliyyəti səmərəsiz olan həmsədrlərin yersiz canfəşanlığı Şərh

Dünya 15:17 15.04.2021

ATƏT-in Minsk qrupunun həmsədrləri beş aydan sonra üzə çıxıb. Bu quruma daxil olan bəzi ölkələr, o cümlədən həmsədrlər Azərbaycanla bağlı yeni oyuna başlayıb.

Ötən müddət ərzində bu qurumun təmsilçiləri iki dəfə bölgəyə səfər ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki, 2021-ci il martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Hər iki görüş Azərbaycan üçün heç bir əhəmiyyət daşımayıb. Onda dövlət başçısı həmsədrlərin diqqətinə bunları da çatdırmışdı: “Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi. ...Sizi dinləyirəm, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm”. Prezident İlham Əliyev Ann Lindenə demişdi: “Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq”. Dövlət başçısı bununla ATƏT rəsmisinə münaqişənin bitdiyini, yeni şəraitin yarandığını bildirib. Ann Linden isə cavabında demişdi: “Əlbəttə ki, biz ATƏT ərazisində münaqişənin həllinə töhfə vermək üçün nə edə biləcəklərimizi nəzərdən keçirəcəyik. Odur ki, bu kontekstdə, əlbəttə, beynəlxalq hüquq, beynəlxalq insan hüquqları, humanitar qanun, qadınlar, sülh və təhlükəsizlik bizim üçün prioritet məsələlərdir. Hesab edirəm ki, bu məsələlər üzərində birlikdə çalışmaq mümkündür”.

ATƏT rəsmisi bu çıxışdan sonra Qarabağdakı separatçı rejimin qalıqlarından olan qondarma “xarici işlər naziri” David Babayanla Yerevanda görüşüb. Görüşdə Anjey Kaspşik, həmçinin qondarma rejimin Ermənistandakı “daimi nümayəndəsi” Sergey Qazaryan da iştirak edib. Ann Linden bununla da yeni oyuna strat verib. Bu oyunun davamı olaraq aprelin 13-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) birgə bəyanat yayıblar. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan ordusunun bölgədən çıxması, sülhməramlılara ehtiyac qalmaması üçün görüləcək işlər və başqa bu kimi məsələlərə toxunmadan dolayısı yolla köhnə bayatını oxuyublar. Sənəddə həmsədrlər davamlı sülhə nail olunması, etimad mühitinin yaradılması, hərbi əsirlər və digər məhbusların beynəlxalq humanitar hüququn müddəalarına uyğun olaraq geri qaytarılması, münaqişə bölgələrinin təsirli şəkildə təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi, beynəlxalq humanitar təşkilatların nümayəndələri də daxil olmaqla Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin qaldırılması, dini və mədəni irsin qorunması, münaqişəyə cəlb olunan icmalar arasında birbaşa təmaslar və iş birliyinin qurulması, eləcə də insanlar arasında etimad yaratmaq üçün başqa tədbirlər görülməsindən bəhs edblər. Bildirilib ki, qarşılıqlı etimad mühitini yaratmaq məqsədilə ərazilərin təsirli minalardan təmizlənməsi üçün lazımi məlumatların mübadiləsi vacibdir.

Sanki həmsədrlər bölgə ilə bağlı ilk dəfə bəyanat verirlərmiş kimi çıxış ediblər. ABŞ, Fransa, Rusiya və başqa ölkələrin xeyriyyə təşkilatları Qarabağda separatçılara yardım edib səngər qazanda, bunkerlər tikəndə, ərazilər minalananda, məscidlər dağıdılanda, azərbaycanlılara məxsus yaşayış evlərinin daşı daş üstündə qalmayanda, yer adları erməniləşdiriləndə, Şuşada separatçı rejim nümayəndələri “andiçmə” mərasimi keçirəndə, Ermənistan rəsmiləri Şuşaya və Azərbaycanın işğal altında olan bölgələrinə səfərlər edəndə ATƏT-in həmsədrləri hara baxırdı? Yaxud Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyəndə həmsədr ölkələr niyə ona beynəlxalq hüququ xatırlatmırdılar. Necə olubsa, ATƏT-in həmsədrlərinin yadına Qarabağdakı mədəni abidələr düşüb. Halbuki vaxtilə ATƏT-in Faktaraşdırıcı Missiyası işğal olunmuş ərazilərə səfər edərək burada mədəni abidələrin dağıdıldığını təsdiqləmişdi. Onda qurum və həmsədr ölkələr bununla bağlı heç bir tədbir görmədilər.

Azərbaycan Ordusu torpaqlarını işğaldan azad edəndən sonra ATƏT-in həmsədrlərinin fəaliyyətsizliyi, ermənilərin özbaşınalıqlarına göz yummaları, Qarabağda xeyriyyəçilik adı altında fəaliyyət göstərən sponsorların əməlləri göründü. Məlum oldu ki, ATƏT kimi təşkilatların yumşaq ifadə etsək, laqeydliyi, ermənilərə üzügörənliyi nəticəsində xeyriyyəçilər Qarabağda mina “əkilməsinə” “humanitar yardım” edirmiş. ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Riçard Hoqlandın “The International Conflict Resolution Center”ə verdiyi son açıqlaması qurumun iç üzünü açmağa kifayət edir: “Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı, içərisi dolu barı olan, heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və Yerevanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam, çox-çox az iş görülürdü”.

ATƏT-in nümayəndələri Qarabağda, təmas xəttində 30 ilə yaxın müddət ərzində montorinqlər keçiriblər. Ancaq onlar heç vaxt ərazilərin minalanmasına etiraz etməyiblər. Onların bu istiqamətdə fəaliyyətsizliyi səbəbindən 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində 14 nəfəri mülki şəxs olmaqla Azərbaycanın vətəndaşı 20 nəfər həlak olub, 86 nəfər yaralanıb.

Bəs ATƏT-in Minsk qrupunun Qarabağda nə işi var? Yoxsa ermənilərin sponsorları Qarabağda yenidən münaqişəni qızışdırmağa hazırlaşırlar? Danışıqların predmeti yoxdur. BMT-nin uyğun qətnamələri icra olunub. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Belə bir şəraitdə həmsədrlərin vasitəçiliyinə ehtiyac qalmır. İmza atanlar arasında Rusiya nümayəndəsinin adının olması təəccüblüdür. O, regionda tam yeni bir reallığın yarandığını, vətəndaşı olduğu Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirildiyini unudub. Fransa isə İkinci Qarabağ müharibəsində iç üzünü göstərdi. O, birmənalı şəkildə işğalçını müdafiə etdi, ona hərbi və canlı qüvvə ilə yardım göstərdi. Bu baxımdan Fransa vasitəçi sifəti ilə obyektiv və tərəfsiz sayılmır.

Bir məsələni də qeyd edək. Dünyadakı münaqişələr BMT-nin 5 daimi üzvünün monopoliyası səbəbindən həll edilmir. Bu, Qarabağın 30 il işğal altında qalması ilə də təsdiqini tapıb. Son illər Türkiyə beynəlxalq arenada çox fəal aktor rolunda çıxış edir. Bu baxımdan onun da prosesə fəal qoşulmasına və həmsədrlərdən biri olmasına razılıq verilməlidir. Bu günlərdə ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə köməkçisinin müavini Corc Kent “Türk irsi” qeyri-hökumət təşkilatının internet-seminarındakı çıxışında bildirib: “Ola bilsin ki, Rusiya Dağlıq Qarabağ ətrafında münaqişənin tənzimlənməsinə deyil, onun qalmasına cəhd göstərir”. Burada “Rusiya”nın yerinə ATƏT-in Minsk qrupunun və həmsədrlərin də adını yazmaq olar. C.Kent vurğulayıb ki, ABŞ Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayanmasını alqışlayır: "İndiyədək münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupu çərçivəsində davam edib. Hesab edirəm ki, bu mexanizmin qarşısında indi bəzi çağırışlar durur. Fəaliyyətimizi (həmsədrləri nəzərdə tutur - red.) davam etdirməyə doğrudan maraq varmı?..”

Qrupun tarixi ATƏM-in (sonra ATƏT adlandı) Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, münaqişənin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. 29 ildir bu qurum artıq münaqişə sayılmayan bir problemlə məşğul olur. Hadisələr sübut edir ki, vasitəçilər öz siyasi mövqe və baxışları əsasında məsələyə yanaşırlar. Bu yanaşma isə Azərbaycanla Ermənistan arasında münaqişənin yenidən qızışmasına və iki ölkə arasında sülhün yaranmasına mane ola bilər. Odur ki, ATƏT-in Minsk qrupu kimi qurumların Azərbaycan ərazisində fəaliyyət göstərməsinə ehtiyac qalmayıb.

Sədrəddin Soltan

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı