“NATO ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaları dəstəkləyir”.
"RİA Novosti"dən verilən məlumata görə, bu barədə NATO-nun aprelin 15-də yaydığı bəyanatda bildirilib.
“NATO-dakı müttəfiqlərin kollektiv təhlükəsizliyini təhdid etdiyi üçün Rusiyaya qarşı birgə fəaliyyət davam edir”, - alyansdan qeyd olunub.
NATO təmas üçün qapıların Rusiyaya açıq qaldığını da açıqlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden aprelin 15-də Rusiyaya qarşı yeni saknsiyalar paketini imzalayıb.