Ərdoğanın kanal layihəsi və Montrö baryeri “Bloomberg”

Dünya 20:34 18.04.2021

ABŞ-ın “Bloomberg” agentliyinin internet səhifəsində Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın təşəbbüsü ilə irəli sürülən İstanbul kanalı layihəsi və bu layihə ətrafında ortaya çıxan əsas problemlər haqqında analitik məqalə dərc olunub. Məqalənin müəllifi Sinan Ülgəndir. Sinan Ülgən mərkəzi ofisi İstanbulda yerləşən İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzinin (EDAM) rəhbəridir. O, həmçinin ABŞ-ın Karneqi Fondunun Brüsseldə yerləşən Avropa ofisinin tədqiqatçısıdır. Novator.az saytı Sinan Ülgənin “Bloomberg”də dərc olunmuş məqaləsini ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.

Prezident Rəcəb Teyyub Ərdoğan dünyada irimiqyaslı layihələrin təşəbbüskarı kimi məşhurdur. Onun rəhbərliyi altında Türkiyə İstanbulda dünyanın ən böyük aeroportlarından, Asiyanı Avropa ilə birləşdirən ən böyük asma körpülərdən birini və Bosfor boğazının altında ən nəhəng tuneli inşa edib.

Tənqidçilər onu bu cür nəhəng layihələr həyata keçirməklə öz mövqeyini gücləndirməkdə qınasalar da, türk ictimaiyyəti layihələrin əksərini müsbət qarşılayıb.

Bu layihələrin heç biri Ərdoğanın sonuncu böyük təşəbbüsü qədər söz-söhbətə səbəb olmayıb. Söhbət Mərmərə dənizi ilə Qara dəniz arasında, Bosfor boğazına paralel şəkildə İstanbul kanalı adlı süni su yolunun inşasından gedir.

İstanbul kanalı layihəsi ekoloqları ciddi narahat edir. Onlar iddia edirlər ki, kanal İstanbulun təbii mühitini korlaya və içməli su anbarlarını dağıda bilər. Başqa bir qrup isə layihənin büdcəsinə diqqət çəkir. Türk hökuməti bu layihənin reallaşması üçün 12.7 milyard dollardan 25 milyard dollara qədər vəsait lazım olacağını bildirib.

Bu məqamda 1936-cı ildə imzalanmış Montrö Konvensiyasının taleyinə də nəzər yetirmək lazımdır. Konvensiya Bosfor və Dardanel boğazları vasitəsilə hərəkəti tənzimləyən beynəlxalq saziş rolunu oynayır.

Bugünlərdə Türkiyə parlamentinin sədri Mustafa Şəntopun Ərdoğanın sazişdən geri çəkilmək səlahiyyətinə malik olduğunu iddia etməsi ilə mövzu ətrafında müzakirələr pik həddə çatıb. Şəntop daha sonra açıqlama verərək sadəcə prezidentin səlahiyyətlərindən bəhs etdiyini və heç bir siyasi fikir səsləndirmədiyini bildirsə də, onun sözləri bir qrup sabiq türk admiralının Ərdoğanın ideyasına qarşı birgə bəyanat imzalaması ilə nəticələnib. Admirallar Qara dənizdə əmin-amanlığın qorunub saxlanmasında Montrö Konvensiyasının zəruri rol oynadığını deyiblər.

Bütün bunlar Ərdoğanın öz kabinetini və əsas vəzifəli şəxsləri bir araya yığaraq növbədənkənar iclas keçirməsi ilə nəticələnib. Bəyanatı imzalayan şəxslərdən on nəfəri həbs olunub. Prezident administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri onları dövlət çevrilişinə səbəb ola biləcək fikir səsləndirməkdə günahlandırıb.

Ərdoğan Montrö Konvensiyasından geri çəkilmək niyyətinin olmadığını açıqlayıb. Lakin o, sazişin tətbiq etdiyi reallıqlar fonunda öz kanal arzusunu necə həyata keçirəcəyini də izah etməyib.

Pandemiyanın səbəb olduğu çətin situasiyada dövlət resurslarının tükənməsinin qarşısını almaq üçün İstanbul kanalı “tikinti-yiyələnmə-idarə” investisiya modeli əsasında inşa olunacaq. Lakin lazımi investisiyaları cəlb etmək üçün özəl podratçı gəlirin külli miqdarda olacağını sübut etməlidir. Konvensiya isə buna imkan vermir.

Konvensiyanın şərtlərinə görə, Türkiyə gəmilərin Dardanel və Bosfor boğazlarında üzməsinin qarşısını ala bilməz. Başqa sözlə desək, o, gəmiləri İstanbul kanalından istifadə etməyə məcbur edə bilməz. Türkiyəyə yalnız gəmilərin keçməsi üçün nominal xidmət haqqı tətbiq etməyə icazə verilir.

Hazırda bir gəminin keçidi üçün xidmət haqqı təxminən 4500 ABŞ dollarına bərabərdir. Yalnız tranzit haqqının əhəmiyyətli dərəcədə sərfəli olması İstanbul kanalından istifadəni stimullaşdıra bilər. Amma qiymət fərqinin Türkiyənin xeyrinə olması üçün kanalda hərəkət edən gəmilərin sayı da çox olmalıdır.

Mövcud tendensiyalar isə tam əksini göstərir: ötən on il ərzində, xüsusilə yeni boru kəmərlərinin inşası nəticəsində Bosforda hər il hərəkət edən gəmilərin sayı azalaraq 53 mindən 38 minə düşüb. Getdikcə daha çox ölkə karbohidrogenlərdən asılılığı azaltmağa çalışdığına görə tanker daşımalarının da azalmağa doğru gedəcəyi gözlənir.

Maliyyə məsələsinə gəlincə, Türkiyə kanalın tikintisi və istismara verilməsi üçün dövlət xəzinəsindən zəmanətlər verə bilər. Lakin belə bir addım Ankaranın 270 milyard dollara çatan xarici borcunun ciddi şəkildə artması ilə nəticələnəcək.

Digər bir həll yolu Montrö Konvensiyasından geri çəkilmək və tranzit gəmilərini yeni kanaldan istifadəyə məcbur etməkdir. Bu isə həm ölkə daxilində, həm də diplomatik münasibətlərdə siyasi problemlərə yol aça bilər.

1936-cı ildə Montrö Konvensiyasının imzalanmasını Türkiyədə çoxları tarixi nailiyyət hesab edir. Onlar o vaxt gənc cümhuriyyətin öz su yolları üzərində suveren nəzarəti ələ keçirməsini və Birinci Dünya müharibəsindən sonra böyük güclərin yeritdiyi beynəlxalq mandata son qoymasını müsbət qarşılayırlar. Türklərə qürur verən bu konvensiyadan geri çəkilmək millətçi bir prezident üçün heç də asan olmayacaq.

Montrö Konvensiyası indiyədək Türkiyə üçün Qara dənizdə konfliktləri diplomatik yolla həll etməyin bir vasitəsidir. Konvensiya sahilyanı olmayan ölkələrin Türkiyə boğazlarından keçən hərbi gəmilərinə ciddi tonnaj məhdudiyyətləri qoyur. 2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsinin qızğın vaxtında Ankara Montrö Konvensiyasına əsaslanaraq ABŞ donanmasının “Mercy” və “Comfort” xəstəxana gəmilərinin Türkiyədən keçməsinə icazə vermədi. Konvensiya həmçinin Rusiyanın qarşısında tələb qoyur ki, Moskva öz donanma gəmilərinin isti dənizlərdən keçəcəyini əvvəlcədən xəbər versin.

Konvensiyadan geri çəkilsə Türkiyənin öz ərazisindəki boğazlardan keçən gəmilərə nəzarət etmək iqtidarında olub-olmayacağı bilinmir. Çünki bu halda çox güman ki, başqa ölkələr adi dəniz qanunlarına istinad edib öz gəmilərinin sərbəst hərəkətinə imkan verilməsini tələb edəcəklər.

Deyəsən, nəhəng layihələr Türkiyə prezidentinə prestijdən çox problem gətirəcək.

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
Hamısı