ABŞ Rusiyaya xəbərdarlıq etdi - "Əgər Navalnı ölərsə..." | Eurasia Diary - ednews.net

14 May, Cümə


ABŞ Rusiyaya xəbərdarlıq etdi - "Əgər Navalnı ölərsə..."

Dünya A- A A+

“ABŞ Aleksey Navalnının həbsxanada öləcəyi təqdirdə, Rusiya üçün nəticələrin olacağını bildirir”. 

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu bazar günü ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CNN-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ tərəfi Rusiya rəhbərliyinə həbsdə olan Navalnının başına gələn hər şeyə görə cavabdeh olduğunu, bununla bağlı beynəlxalq ictimaiyyətə cavab verəcəklərini bildirib: “Tətbiq edə biləcəyimiz konkret tədbirlərə gəldikdə, onları həyata keçirməyin müxtəlif yollarını nəzərdən keçiririk, bu mərhələdə bunlar barədə açıq danışmayacağam, ancaq Navalnının öldüyü təqdirdə, nəticələrinin olacağını söylədik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...