Ter-Petrosyanla Paşinyan arasında didişmə başlandı | Eurasia Diary - ednews.net

14 May, Cümə


Ter-Petrosyanla Paşinyan arasında didişmə başlandı

Dünya A- A A+

Ermənistanın ilk və sabiq prezidenti Levon Ter-Petrosyan ölkənin indiki baş naziri Nikol Paşinyanın mənəvi müəllimi, lideri və hətta Paşinyanın hakimiyyətə gəlişində müstəsna rol oynamış şəxs sayılır.

Fəqət, hazırda Ter-Petrosyanla Paşinyan arasında çox ciddi ixtilaflar var.

Son günlərdəsə bu ixtilaflar əsl didişməyə çevrilib.

Levon Ter-Petrosyanın sədr olduğu Erməni Milli Konqresinin (EMK) funksioneri, sabiq prezidentin müavini Levon Zurabyan baş nazir Nikol Paşinyanı yalançılıqda suçlayıb.

Milli.Az bildirir ki, Nikol Paşinyan Ermənistan parlamentində çıxış edərkən demişdi ki, 2018-ci ilin iyul ayında baş tutmuş görüşdə Levon Ter-Petrosyan Qarabağ münaqişəsinin nizamlanmasından bəhs edərkən "O torpaqları artıq qaytarmalısan" söyləmişdi.

"Təəssüflə deməliyəm ki, Ermənistan rəhbəri ləyaqətsiz yalançıdır, çünki belə açıqlama olmayıb. Nikol Paşinyan çox əminliklə danışır. Ağ yalandır, çünki Ter-Petrosyan o sözləri deməyib. Paşinyana səslənirəm: buyur, sübutun varsa, nümayiş etdir, dediklərini sübut et.

Ermənistanın baş nazirinin belə yalan danışmaq bacarığı ölkənin milli təhlükəsizliyi üçün əsl təhdiddir. Onun davranışı da baş nazir postuna həqarətdir", - L.Zurabyan söyləyib.

Milli.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...