ABŞ Suriyanın şimalında yerləşən bazalara yeni silah, sursat və maddi-texniki təchizat daşıyan 24 yük maşınından ibarət hərbi karvan göndərib.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə “Daily sabah” nəşri yerli mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, təchizat YPG silahlılarının nəzarəti altında olan Hasaka vilayətinindəki ABŞ bazasına çatdırılıb. Hərbi karvanın İraqla sərhəddən keçdiyi bildirilir.
ABŞ İŞİD terror qruplaşmasına qarşı mübarizədə ilk növbədə Suriyanın şimal-şərqində YPG ilə əməkdaşlıq edir. Türkiyə YPG-nin Suriyanın şimalındakı varlığına qətiyyətlə qarşı çıxır.
ABŞ-ın hazırda YPG-nin nəzarəti altında olan Hasaka, Raqqa və Deyr ez-Zor vilayətlərində ümumilikdə 11 bazası var.